...

"Uşaqların hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2014 17:52 (UTC +04:00)
21 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli orta məktəbdə məktəblilər ilə “Uşaqların hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirildi.
"Uşaqların hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirilib (FOTO)

21 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli orta məktəbdə məktəblilər ilə "Uşaqların hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya"nın məsul katibi Firidun Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin baş inspektoru Ceyran Ömərova, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya"nın məsul katibi F.Hüseynov bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd etdi. Bildirdi ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə uşaqların hüquqlarının hərtərəfli qorunmasına xüsusi diqqət və qayğı göstərir.

Daha sonra çıxış edən digər natiqlər də uşaqlara dövlət tərəfindən göstərilən diqqətdən söz açdılar. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz ulu öndərin qayğısının təcəssümüdür. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır.

Eyni zamanda, tədbirdə sosial narahatlıq doğuran erkən nikahlar barədə də danışıldı.

Tədbir uşaqları maraqlandıran sualların cavablandırılması və məktəblilərin hazırladıqları səhnəciklə yekunlaşdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti