...

“Cybernet” şirkəti ənənəyə sadiq qalaraq “Bakutel” sərgisində fəal iştirak edəcək

Cəmiyyət Materials 1 Dekabr 2014 12:39 (UTC +04:00)
“Cybernet” şirkəti artıq dördüncü dəfədir ki, telekommunikasiya və informasiya texnologiyaları sektorunun təbliği məqsədilə keçirilən “Bakutel”in sərgisində fəal iştirak edəcəkdir.
“Cybernet” şirkəti ənənəyə sadiq qalaraq 
“Bakutel” sərgisində fəal iştirak edəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

"Cybernet" şirkəti artıq dördüncü dəfədir ki, telekommunikasiya və informasiya texnologiyaları sektorunun təbliği məqsədilə keçirilən "Bakutel"in sərgisində fəal iştirak edəcəkdir.

Xatırladaq ki, ənənəvi "Bakutel" sərgisi "Baku Expo" mərkəzində dekabrın 2-dən 5-dək keçiriləcəkdir.

"Synergy Group"a daxil olan "Cybernet" şirkəti "Bakutel" sərgisində İT sahəsinə aid müxtəlif xidmətlər və məhsullar təqdim edəcəkdir. Şirkət 10 illik təcrübəsinə arxalanaraq sərgidə ziyarətçilərə dövlət və özəl qurumlarının elektronlaşdırılması, elektron həllərin yaradılması (sənəd dövriyyəsi), iri həcmli məlumat mərkəzlərinin (data center) və təhlil sistemlərinin yaradılması, yanacaq doldurma məntəqələrinin avtomatlaşdırılması və s. kimi həlləri təqdim edəcəkdir.

Arayış

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin
tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti