...

Azərbaycanlı tələbələr Londonda tədbir keçirdi (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2014 14:53 (UTC +04:00)
İlkin Əsgərliyinin çıxışı zamanı Azərbaycan Respublikası, onunu mədəniyyət abidələri və ölkədə aparılan abadlıq-quruculuq işlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.
Azərbaycanlı tələbələr Londonda tədbir keçirdi (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin təhsilinə olan diqqət və qayğısının nəticəsidir ki, artıq dünyanın, o cümlədən Avropanın bir çox aparıcı dövlətldərinin ali təhsil müəssisələrində təhsil alan Azərbaycanlı tələbələrin sayı durmadan artır. Gənclərimiz təhsillə yanaşı burada gedən prosseslərlə yaxından tanış olur, təhsil aldıqları müəssisələrdə ölkəmizi tanıtmaq və təbliğ etmək, onun barəsində məlumatların digər ölkələrdən olan gənclərə düzgün çatdırılması məqsədi ilə Azərbaycan cəmiyyətləri yaradır, oxuduqları və çalışdıqları müəssisələrin və eləcə də yaşadıqları ölkənin ictimai həyatında fəallıq göstərirlər. Mütəmadi olaraq müxtəlif mövzularda tədbirlər təşkil olunur, Milli bayramlarımız və tarixi hadisələrin ildönümləri qeyd olunur.

Belə fəal təşkilatlardan biri də Böyük Britaniyanın paytaxtı London şəhərindəki "Royal Holloway" Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətidir. Cəmiyyət üzvlərinin təşkilatçılığı ilə universitetdə Azərbaycanı tanıtmaq məqsədi ilə "Azərbaycan gecəsi" keçirilmişdir. Gecədə universitetdə təhsil alan Azərbaycanlı tələbələrlə yanaşı Türkiyə Respublikası, Rusiya Federasiyası və Qazaxstanlı tələbələr də iştirak etmişlər.

Tədbirdə çıxış edən "Royal Holloway" Universitetinin tələbəsi İlkin Əsgərli Azərbaycanın tarixi, qədim və zəngin mədəniyəti barədə geniş məlumat vermiş, bu gün Azərbaycanın qazandığı uğurlardan, ölkədə həyata keçirilən yeni layihələr və abadlıq-quruculuq işlərindən danışmışdır. Xüsusilə vurğulanmışdır ki, gələn il ilk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının əyani sübutudur və bu beynəlxalq idman bayramına hazırlıqla bağlı böyük işlər həyata keçirilir.

İlkin Əsgərliyinin çıxışı zamanı Azərbaycan Respublikası, onunu mədəniyyət abidələri və ölkədə aparılan abadlıq-quruculuq işlərini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Universitetin tələbələri Baba Həmidov, Sura Abdullayeva, Elnarə Hacıyeva öz çıxışlarında Azərbaycanın tarixi, onun əzəli torpağı Dağlıq Qarabağ əraziləri, mənfur qonşularımız olan Ermənilər tərəfindən 20%-ə yaxın torpaqlarımızın işğal olunması, bu işğal nəticəsində milyondan artıq soydaşımızın qaçqın düşməsi, işğal altında olan torpaqlarda mədəni abidələrin məhv olunması, bu gün ölkə başçısı tərəfindən həmin ərazilərin azad olunması istiqamətində görülən işlərdən danışmışlar.

Almaniyadan gəlmiş gənc müəllim Avropadakı Azərbaycan diasporunun fəallarından olan Rza Kərimov, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin III katibi Ayaz Mustafayev görüş iştirakçıları qarşısında çıxış edərək diasporumuzun fəaliyyəti, görülən işlər və gələcək planlar barədə məlumat vermişlər.

Tədbir universitetin tələbəsi Anar Ağayevin ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısının ifası ilə yekunlaşmışdır.

Sonda Azərbaycanlı tələbələr öz xarici dostlarını milli şirniyyat süfrəsinə dəvət etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti