Məhkum anaların uşaq evlərində yaşayan övladları ilə ürək sızladan görüşü (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2014 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Uşaq evlərində yaşayan məhkum övladlarının cəzaçəkmə müəssisəsində anaları ilə görüşü təşkil edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində uşaq evlərində yaşayan məhkum övladlarının anaları ilə görüşü təşkil edilib.

Görüş zamanı iştirakçılara uşaq hüquqları ilə bağlı qəbul edilən mühüm sənədlər və sosial proqramlar barədə məlumat verilib, onların həyata keçirilməsində dövlət orqanlarının funksiyalarına dövlət nəzarətinin vacibliyi qeyd olunub.

Valideyn məsuliyyəti hissinin təbliği məqsədilə təşkil edilmiş görüşdə uşaq evlərindən dəvət olunmuş müəllimlər də iştirak ediblər. Məhkum analar dəvət olunmuş nümayəndələrlə övladlarının təhsil və sosial qayğıları barədə geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti