...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2014-cü ildəki fəaliyyətinə qiymət verildi (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2014 13:29 (UTC +04:00)
"Ümumiyyətlə, 2014-cü il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün yaddaqalan ildir".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2014-cü ildəki fəaliyyətinə qiymət verildi (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Ümumiyyətlə, 2014-cü il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün yaddaqalan ildir". Trend-in məlumatına görə, bu barədə AHİK sədri Səttar Mehbalıyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2014-cü ildə həmkarlar ittifaqları haqqında qanunvericilikdə bir sıra dəyişikliklər edilib: "Bu il ərzində qanunvericilik bazasında edilən dəyişikliklər işçilərin, həm də AHİK-in hüquqlarının artmasına xidmət edib".

S.Mehbalıyev il ərzində həmkarlar təşkilatlarının maliyyə imkanlarının artdığını da qeyd edib: "Yəni, Azərbaycan və onun iqtisadiyyatı inkişaf etdikcə, AHİK-in də maliyyə vəziyyəti yaxşılaşır. Çünki AHİK-ə daxil olan vəsaitlər birbaşa Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Bir sözlə, iqtisadiyyatda inkişaf varsa, AHİK-ə daxil olan vəsaitin də həcmi artır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti