...

Azərbaycanda ahıl vətəndaşlarla bağlı ayrıca Dövlət Proqramı hazırlanır

Cəmiyyət Materials 23 Dekabr 2014 12:17 (UTC +04:00)
Azərbaycanda “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın layihəsi hazırlanır.
Azərbaycanda ahıl vətəndaşlarla bağlı ayrıca Dövlət Proqramı hazırlanır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Nazir deyib ki, 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın layihəsi də yaxın vaxtlarda hökumətə təqdim ediləcək.

S.Müslümovun sözlərinə görə, son 20 ildə Azərbaycan əhalisinin sayı 26% artaraq 9,6 milyon nəfərə çatıb. Hazırda ölkə əhalisinin illik artım tempi 1,3% təşkil edir. Körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb, doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb: "Bu müsbət demoqrafik tendensiya nəzərə alınmaqla nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti "Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın layihəsi hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Bu Proqram ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti