...

Bakıdan Moskvaya uçan təyyarə reysləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

Cəmiyyət Materials 12 Yanvar 2015 09:43 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarələrin qeyri-sabit hava şəraiti ilə bağlı Rusiyanın paytaxtı Moskvaya uçuşunda hələ ki, heç bir problem yoxdur.
Bakıdan Moskvaya uçan təyyarə reysləri ilə bağlı vəziyyətə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarələrin qeyri-sabit hava şəraiti ilə bağlı Rusiyanın paytaxtı Moskvaya uçuşunda hələ ki, heç bir problem yoxdur. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, bütün reyslər nəzərdə tutulan qrafik üzrə həyata keçirilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 11-dən Moskvaya 100-dən artıq təyyarə reysi təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti