...

Bakıda aksiyaya görə məktəbin direktoru vəzifəsindən kənarlaşdırıldı

Cəmiyyət Materials 19 Yanvar 2015 14:13 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
Bakıda aksiyaya görə məktəbin direktoru vəzifəsindən kənarlaşdırıldı

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.

İdarədən Trend-ə bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: "118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik".

Qeyd edək ki, Bakıda orta məktəblərdən birində məktəb direktorunun fəaliyyətindən narazılıq bildirilib.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti