...

Azərbaycanda yeni buğda növü yaradılıb

Cəmiyyət Materials 27 Yanvar 2015 14:42 (UTC +04:00)
Azərbaycanda ilk dəfə analoqu olmayan şaxəliliyə malik 28 xromosomlu yeni buğda növü (Triticum abscheronicum Aliyeva et Aminov sp. Nova) yaradılıb.
Azərbaycanda yeni buğda növü yaradılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə analoqu olmayan şaxəliliyə malik 28 xromosomlu yeni buğda növü (Triticum abscheronicum Aliyeva et Aminov sp. Nova) yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, payızlıq bərk buğdanın yüksək təsərrüfat qiymətli xüsusiyyətləri ilə fərqlənən yeni "Saray", pambıq bitkisinin yeni "Zəfər" sortları rayonlaşdırılıb. Artıq həmin sortlar üçün patentlər alınıb.

Aparılmış çoxillik tədqiqatların nəticəsi olaraq, buğdanın "Leyla" (T.durum v.leucomelan) və "Maya" (T.aestivum v.lutescens), arpanın "Uğur" (H.vulgare v.nutans) və "Cəmil" (H.vulgare v.glabriparalellum), noxudun "Cəmilə" (Cicer arietinum v.kabuli), əkin lərgəsinin (Lathyrus sativus L.) "Zirvə", badam bitkisinin (Prunus dulcis (Mill.) D.A.Webb) "Leyla", "Ana" və "Nuray", pambığın (Gossypium hirsutum L.) "Bərəkət" sortları Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Badamın bir, püstənin 5 yerli irimeyvəli, məhsuldar forması seçilərək yeni sort kimi təqdim edilmək üçün hazırlanıb.

Qiymətli dərman bitkisi olan gülxətminin Azərbaycan florası üçün yeni növü - Alcea sintenisii Hausskn. Qax-Qəbələ ərazisində aşkar edilərək toplanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti