Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda gavalı bitkisində (Prunus cerasifera və Prunus domestica) elm üçün yeni növ virus - Prunus virus T (PrVT) aşkar olunub.
Azərbaycan Mili Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, at paxlası, lərgə, lobya və inək noxudunun müxtəlif göbələk xəstəliklərinə davamlılığına görə fərqlənən 10 sort nümunəsi seçilib.
Aparılan tədqiqat nəticəsində 620 pambıq sort nümunəsindən 71-i immun, 31-i yüksək davamlı, 257-i davamlı, 224-ü tolerant, 30-u davamsız, 7-i çox davamsız olub.
Bununla yanaşı, bərk buğdanın 36 yerli xalq və seleksiya, 5 introduksiya sortunun dənlərinin texnoloji göstəriciləri müqayisəli təhlil edilib. Məlum olub ki, Ağ buğda, Sarı buğda, Şərq, Xoranka, Tərtər-2 və Qarabağ sortları digərlərindən daha yüksək kəmiyyət və keyfiyyət göstəricilərə malikdir.