...

Yaqub Mahmudov: "Bizim indiki ərazilərimiz dəqiqləşdirilərkən bu xəritələr ortaya qoyulmalıdır"

Cəmiyyət Materials 2 Fevral 2015 14:50 (UTC +04:00)
Yaqub Mahmudov Azərbaycanın tarixi ərazilərinin dəqiqləşdirilməsi zamanı yeni tarixi xəritələrdən istifadə etməyi təklif edib.
Yaqub Mahmudov: "Bizim indiki ərazilərimiz dəqiqləşdirilərkən bu xəritələr ortaya qoyulmalıdır"

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycanın tarixi ərazilərinin dəqiqləşdirilməsi zamanı yeni tarixi xəritələrdən istifadə etməyi təklif edib.

Trend-in məlumatına görə, Y.Mahmudov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubı Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimində çıxış edərkən deyib ki, bu gün Azərbaycanın tarixi ərazilərinin dəqiqləşdirilməsi prosesi gedir və bu məsələ ilə bağlı mübahisə hələ də qalmaqdadır: "Mən bir tarixçi olaraq çox təəssüf edirəm ki, bizim ərazilərimiz xəritələrdə dəqiqləşdirilərkən Azərbaycan bölüşdürülən zaman - Rus imperiyası dövründə tərtib olunmuş xəritələr əsasında dəqiqləşdirilmələr aparılır".

Alimin sözlərinə görə, yeni istifadəyə verilən Milli Atlas düşmənlərimizə Azərbaycan bölüşdürüləndən qabaq da onun dövlətçilik xəritələrinin olduğunu sübut edir: "Bu atlas bədxahlara bildirir ki, Azərbaycan bölüşdürüləndən qabaq onun dövlətçilik xəritələri olub. Bizim bugünkü ərazilərimiz dəqiqləşdirilərkən bu xəritələr ortaya qoyulmalıdır. İlk mənbə olaraq çar Rusiyası tərəfindən tərtib olunan xəritələr yox, bizim tarixi xəritələr ortaya qoyulmalıdır ki, vaxtilə bu torpaqlar bizim olub, sonradan bölüşdürülüb, indi isə bizə qarşı ərazi iddiaları irəli sürülür".

Y.Mahmudov deyib ki, "Türkmənçay" və "Gülüstan" müqavilələri nəticəsində ikiyə bölünmüş Azərbaycanın, sonradan isə dəfələrlə bölüşdürülmüş Şimali Azərbaycanın tarixi, xüsusilə də dövlətçilik tarixi xəritəşünaslıq sahəsində amansızcasına təhrif olunub və saxtlaşdırılıb.

İnstitut direktorunun sözərinə görə, bunun nəticəsində Azərbaycanın siyasi varlığı, qədim və zəngin dövlətçilik tarixi xəritələrdə də yox edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti