...

BDU-da TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2015 18:25 (UTC +04:00)
2 fevral tarixində Bakı Dövlət Universitetində Avropa komissiyasının TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı (Student Support and Development Services) adlı layihə çərçivəsində geniş tələbə kütlələri üçün növbəti seminar-treninqlərdən biri reallaşdırıldı.
BDU-da TEMPUS layihəsi çərçivəsində növbəti seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend/

2 fevral tarixində Bakı Dövlət Universitetində Avropa komissiyasının TEMPUS proqramının dəstəyi ilə həyata keçirilən tələbələrə xidmət və dəstəyin inkişafı (Student Support and Development Services) adlı layihə çərçivəsində geniş tələbə kütlələri üçün növbəti seminar-treninqlərdən biri reallaşdırıldı.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU THİK sədri və layihənin meneceri Daşqın Qənbərov layihənin mahiyyəti və əhəmiyyətindən geniş şəkildə bəhs edib. O, layihə çərçivəsində bundan öncə də xeyli sayda seminar-treninqlərin baş tutduğunu diqqətə çatdırıb. Təşkilatın sədri 2 fevral ümumrespublika Gənclər günü münasibəti ilə tələbələri təbrik edib və ölkədə gənclərə göstərilən qayğıdan, yaradılan şəraitdən söz açıb.

Daha sonra tanınmış təlimçi Fəxri Ağayev "Müvəffəqiyyət və məsuliyyət - uğurlu karyeraya gedən yol" mövzusunda seminara başlayıb. Seminarın ana başlıqları Müvəffəqiyyətli karyera, Hədəf təyinetmə, Müvəffəqiyyət və müvəffəqiyyətsizlik, Şans - Bəxt - Qismət olub. Slaydlar vasitəsilə aparılan seminar BDU tələbələrinin marağına səbəb olub.

300-dən çox tələbənin iştirakı ilə 2 saata yaxın davam edən seminar sonda tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti