...

Azərbaycanda ilk dəfə "gəzən" aqrar laboratoriya yaradılıb

Cəmiyyət Materials 3 Fevral 2015 11:00 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, səyyar aqrar laboratoriya quraşdırılaraq işə salınıb.
Azərbaycanda ilk dəfə "gəzən" aqrar laboratoriya yaradılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, səyyar aqrar laboratoriya quraşdırılaraq işə salınıb.

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, həmin laboratoriya Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə alınıb. Bu laboratoriya böyük bir ekspedisiya maşınıdır və onun içində çoxlu miqdarda ölçmə cihazları var. Laboratoriya torpaq analizləri aparmaq, torpağın tərkibini öyrənmək, onun turşuluğunu, duzunun səviyyəsini, torpaqdakı faydalı elementlərin varlığını ölçmək mümkündür.

İnstitutdan bildirilib ki, bu laboratoriya həm yabanı bitkilər toplandıqda onlar haqqında daha geniş informasiya əldə etməyə, həm də mədəni şəraitdə salınan əkinlərdə torpaqda hansı elementlərin çatışmadığını, hansı elementlərin əlavə olaraq torpağa verilməsinin zəruriliyini öyrənməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti