...

İki qeyri-dövlət yardım mərkəzinin akkreditasiyasından imtina edildi (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2015 12:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinində qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Komissiyanın növbəti iclası olub.
İki qeyri-dövlət yardım mərkəzinin akkreditasiyasından imtina edildi (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinində qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Komissiyanın növbəti iclası olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiya növbəti iclasını keçirib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətin təşkilini təmin etmək məqsədilə indiyədək Komissiya tərəfindən 7 qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunduğunu qeyd edib. O bildirib ki, bir sıra təşkilatlar tərəfindən də akkreditasiya üçün müraciətlər olunub. Bu iclasda da məqsəd müraciət etmiş 4 qeyri-dövlət yardım mərkəzinin akreditə olunması məsələsinə baxılmasıdır. Akkreditasiya üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzlərinin müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması vacib şərtlər kimi diqqətdə saxlanır.

İclasda 4 qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilib. Aparılan müzakirələrdən sonra həmin təşkilatlardan 2-nin müvafiq sahədə təcrübəsizliyi, həmçinin sənədlərindəki çatışmazlıq səbəbindən onların akkreditasiyasından imtina edilib. Digər 2 qeyri-dövlət yardım mərkəzinin isə sosial xidmətlər göstərmək üçün maddi-texniki bazasına baxılması və sənədlərinin bir daha diqqətlə araşdırılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti