...

Millət vəkili seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2015 19:12 (UTC +04:00)
Azay Quliyev Şirvanda seçiciləri ilə növbəti görüşünü keçirib.
Millət vəkili seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Millət vəkili görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Gənclərin də fəal şəkildə iştirak etdiyi görüşdə A.Quliyev onların irəli sürdükləri təkliflərin reallaşması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. Millət vəkili şəhər Gənclər və İdman İdarəsi ilə gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Sonra A.Quliyevin dəstəyi ilə Şirvan şəhərinin Sahib Zeynalov küçəsində yerləşən yenicə təmir olunmuş mərasim zalında ətraf ərazidəki binalarda yaşayan seçicilərlə görüş keçirilib. Millət vəkili sakinləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Şəfahət Əsgərov və şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti