Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/
Şənbə və bazar günü Azərbaycanda baş verən yol qəzalarında 11 nəfər ölüb. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, fevralın 21-i və 22-də ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 11 nəfər ölüb, 23 nəfər yaralanıb.
Şöbə rəisinin sözlərinə görə, lakin bu qəzalar heç də ölkədə müşahidə olunan qarlı, şaxtalı hava ilə əlaqədar olmayıb.