...

Əlillik müayinəsi sisteminin müasir tələblərə uyğun təşkili üzrə müşavirə keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2015 15:24 (UTC +04:00)
ƏƏSMN Xaçmaz rayonunda əlillik müayinəsi sisteminin müasir tələblərə uyğun təşkili məsələlərinə dair zona müşavirəsi keçirib.
Əlillik müayinəsi sisteminin müasir tələblərə uyğun təşkili üzrə müşavirə keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Xaçmaz rayonunda bu rayonun və Quba, Qusar, Şabran, Siyəzən rayonlarının Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə müşavirə keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə məqsəd tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi sisteminin, o cümlədən səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırlması sahəsində qarşıya çıxan məsələlərin səhiyyə müəssisələri ilə birgə müzakirəsi olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin fəaliyyət sahələrində əhaliyə göstərilən xidmətin müasir tələblərə uyğun qurulması, bu sahələrdə iş mexanizmlərinin şəffaflaşdırılması yönündə son bir ildə aparılan işləri diqqətə çatdırıb. Bu işlərdən biri kimi, ƏƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqindən söz açılıb. Bildirilib ki, burada əsas məqsəd tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması yolu ilə əlillik təyinatlarında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatıdır. Sistemin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formaları təsdiq edilib və artıq səhiyyə müəssisələri tərəfindən əlillik müayinəsinin aparılması üçün həmin göndəriş formaları elektron qaydada TSEK-lərə göndərilir. Hazırda qarşıda duran əsas məsələlərdən biri də həmin göndəriş formalarının tərtib olunması qaydasının təkmilləşdirilməsi, əlillik müayinələrinin nəticələrinin rəsmiləşdirilməsində xəstəliklərin beynəlxalq təsnifatından irəli gələn prinsiplərə istinad olunmasıdır.

Müşavirədə qeyd olunan məsələlər ətrafında müzakirələr aparılmaqla, əlillik müayinəsi üçün göndəriş formalarında əsas və yanaşı diaqnozun, xəstəliyin ağırlaşması hallarının düzgün müəyyən olunması, göndərişlərdə əlilliyin müəyyən olunması üçün daha dəqiq və obyektiv yanaşmalara imkan verən diaqnozun əksini tapması ilə bağlı da fikir mübadilələri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti