...

Azərbaycanın Avropaya daxil edilməsi üçün ekspedisiyaya başlanılır

Cəmiyyət Materials 10 Mart 2015 17:50 (UTC +04:00)
Bu ilin may ayından Azərbaycan və rus alimləri Avropanın cənub sərhədlərini müəyyənləşdirmək üçün ekspedisiyaya başlayacaqlar.
Azərbaycanın Avropaya daxil edilməsi üçün ekspedisiyaya başlanılır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin may ayından Azərbaycan və rus alimləri Avropanın cənub sərhədlərini müəyyənləşdirmək üçün ekspedisiyaya başlayacaqlar.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafıya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti Ramiz Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olaraq, Avropanın cənub sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar Rusiya Coğrafiya Cəmiyyətinə (RCC) müraciət ünvanlayıb. Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycanın müraciətinə cavab verib. Müraciətdə Rusiya Coğrafiya Cəmiyyəti Avropa və Asiya sərhədinin aktuallaşmasına dair Rusiya-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə razılıq verib. Həmin qurum Azərbaycan və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqında təklifi dəstəkləyib. Ekspedisiyanın keçirilməsinə RCC dəstək göstərəcək: "Rusiya Coğrafiya Cəmiyyəti Azərbaycan Respublikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqında təklifi dəstəkləyir. Həmin ekspedisiyanın Rusiya Coğrafiya Cəmiyyətinin "Avrasiyanın çöllər aləmi" layihəsi üzrə tədbirlər sırasına daxil edilməsi təklif edilir".

Onun sözlərinə görə, ekspedisiya başlamamışdan əvvəl sərhəddə simvolik görüş keçiriləcək.

Qeyd edək ki, 1964-cü ildə rus alimləri Avropa qitəsinin şərq və cənub sərhədlərini müəyyənləşdirəndə qəbul olunmuş prinsipləri gözləməyiblər.

Azərbaycanın öz daxilində Avropanın cənub sərhədlərinin hüdudları müəyyənləşdirilib. Bu sərhəd böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır. Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin daxilindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti