Səlim Müslümov Sabirabad rayonunda 4 rayon və şəhərin sakinlərini qəbul edib (FOTO)

Səlim Müslümov Sabirabad rayonunda 4 rayon və şəhərin sakinlərini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Respublikası Prezidentinin "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş Tədbirlər Planı əsasında yaradılmış İşçi qrup tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sabirabad rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edərkən məlumat verib.

S.Müslümov bildirib ki, Tədbirlər Planına uyğun olaraq, ünvanlı dövlət sosial yardımları üçün vətəndaşlara fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət imkanları yaradılmaqla, eyni zamanda müraciətlərə baxılması və yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastruktur tam hazırlanacaq: "Ünvanlı sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına güclü nəzarət nəticəsində bu yardımlarla bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb. Eyni zamanda, ölkənin bölgələrində keçirdiyimiz vətəndaş qəbulları zamanı da ünvanlı yardımlarla bağlı müraciətlər, demək olar ki, minimuma enib. Ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılması bu sahədə ciddi irəliləyiş olmaqla, ünvanlı yardım təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaranmasında, bununla da şikayətlərin aradan qalxmasında çox təsirli vasitə olacaq".

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən dövlət hesabına mənzil və minik avtomobili, əlil arabası ilə təmin olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsinə köməklik göstərilməsi məsələlərini əhatə edib. Digər müraciətlərdə məşğulluq, əmək hüquqlarının təminatı, peşə reabilitasiyasına cəlb olunma və s. məsələlər əksini tapıb.

Müraciətlərin obyektiv şəkildə araşdırılaraq cavablandırılması barədə nazirliyin aidiyyati struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlarını verən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının nəticəsi kimi, bütün sosial proqram və layihələrin bu il də uğurla davam etdirildiyini, o cümlədən respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün yeni evlərin inşa olunduğunu diqqətə çatdırıb: "Məsələn, hazırda sakinlərini qəbul etdiyimiz Sabirabad rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 10 ədəd, Saatlı rayonunda 9 ədəd, Hacıqabul rayonunda 5 ədəd, Şirvan şəhərində isə 7 ədəd fərdi ev tikilir və cari ilin sonunadək bu 4 rayon və şəhərdə əlavə olaraq yeni fərdi evlərin də tikintisi nəzərdə tutulur".

Qəbul zamanı bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb, o cümlədən ayrı-ayrı şəxslərin məşğulluğunun təminatına köməkliklər göstərilib və onlara münasib iş yerlərinə elə yerindəcə göndərişlər verilib. S.Müslümov müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi, bir sıra şəxslərin bərpa-müalicəsinə cəlb edilməsi, müvafiq reabilitasiya vasitələri ilə təmin olunması barədə tapşırıq verib.

Saatlı, Hacıqabul rayonlarından və Şirvan şəhərindən qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sabirabad rayonuna aparılıb gətirilmələri təmin edilib.

Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Loading Bars
Xəbər lenti
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Fransa XİN dövlət katibi
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO)
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO)
İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya edib
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (VİDEO)
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qaldırdığı bir sıra vacib məsələlərin həllinə nail olub (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Bütün xəbərlər