...

BDU-da SABAH qruplarının müəllimləri üçün treninq keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2015 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Bakı Dövlət Universitetində Respublika ali məktəblərinin SABAH qruplarının müəllimləri üçün treninq keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri BDU üzrə SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb və sözü "GDG professional" şirkətinin direktoru Gülzar Quliyevaya verib.

"İdarəetmə"mövzusunda çıxış edən Gülzar Quliyeva təqdimatında müasir tələbənin müəllimlərdən gözləntiləri, sovet dövrü və müasir müəllimlər arasında fərqli cəhətlər, çətin tələbələrin idarəolunması, stereotiplər, kompleksləri yaradan səbəblər və onların aradan qaldırılması yolları, müasir müəllim-tələbə münasibətlərində çatışmayan cəhətlər barədə danışıb.

Təqdimat maraqlı diskussiyalarla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti