...

Şahdağda gənclər üçün yeni aksiya (FOTO)

Cəmiyyət Materials 17 Mart 2015 18:22 (UTC +04:00)
Novruz bayramı günlərində Şahdağ Turizm Mərkəzində gənclər üçün yeni aksiya keçirilir.
Şahdağda gənclər üçün yeni aksiya (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Novruz bayramı günlərində Şahdağ Turizm Mərkəzində gənclər üçün yeni aksiya keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin müdiriyyəti və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı günlərində gənclər üçün nəzərdə tutulan yeni aksiyaya start verilib. Aksiya çərçivəsində gənclərə ekonom sinifli hotellər təklif olunur.

Aksiya müddətində minimum 4 gün 3 gecə gənclər mehmanxanasında qalmaq şərtilə tur məhsulun qiyməti 1 nəfər üçün 100 manat təşkil edir. Aksiyanın keçirilməsində əsas məqsəd gənclərə xizək sürmə və snoubordu öyrətməkdir.

Aksiya haqqında əlavə məlumatı www.shahdag.az saytına daxil olaraq əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti