...

Novruz bayramı günlərinin "yol terroru": paytaxt "öndə"dir

Cəmiyyət Materials 23 Mart 2015 11:27 (UTC +04:00)
Azərbaycanda Novruz bayramı günlərində - martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb 25 nəfər xəsarət alıb.
Novruz bayramı günlərinin "yol terroru": paytaxt "öndə"dir

Azərbaycan, Bakı, 23 mart / Trend/

Azərbaycanda Novruz bayramı günlərində - martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb 25 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Yol hadisələrindən 10-u Bakıda baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu müddətdə yol nəqliyyat hadisələrinin 8-i piyadavurma olub, nəticədə 5 nəfər ölüb, 4-ü yaralanıb.

K.Əliyev bildirib ki, 11 yol hadisəsi avtomobillərin toqquşması zamanı baş verib, nəticədə 1 nəfər ölüb, 19 nəfər yaralanıb. Avtomobillərin aşma hadisəsi ilə bağlı 2 fakt qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobillərin maneələrə vurlması zamanı 2 nəfər ölüb, 2-si yaralanıb.

K.Əliyevin sözlərinə görə, hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxt Bakının payına düşüb (8 hadisədən 6-sı).

Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti sutkanın qaranlıq vaxtında baş verib. Belə ki, bu vaxtlar baş verən yol qəzaları zamanı 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

K.Əliyev bir daha sürücülərdən diqqətli olmağı xahiş edir: "Xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar sürücüllər diqqətli olmalı, əsasən ara məsafəsinə, avtomobilin idarə edilməsi zamanı sürətə fikir verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti