...

Genetik Ehtiyatlar İnstitutu Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 30 Mart 2015 10:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu ilə Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutunda (AGERİ) arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırırlır.
Genetik Ehtiyatlar İnstitutu Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu ilə Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu (AGERİ) arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırırlır.

Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov Misir Ərəb Respublikasında elmi ezamiyyətdə olduğu müddətdə Qahirə şəhərində yerləşən Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutunda təşkil olunan "Molekulyar seleksiya ilə bitkilərin yaxşılaşdırılması üzrə Nəzəri və Praktiki kurs"da iştirak edib.

Təlim kursu İtaliyanın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi (İCGEB), Misirin Gen Mühəndisliyi üzrə Aqrar Tədqiqatlar İnstitutu (AGERİ), Quraq Ərazilərdə Aqrar Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (İCARDA) və Almaniyanın Kiel Universitetinin Bitki Seleksiyası İnstitutu tərəfindən təşkil olunub.

Səfər zamanı həmçinin İCGEB, AGERİ, İCARDA və Kiel Universiteti ilə əməkdaşlığın gücləndirilməsi üzrə danışıqlar aparılıb, yaxın gələcəkdə Azərbaycanda da aqrar biotexnologiya, genomika və molekulyar seleksiya üzrə təlim kurslarının təşkil olunması və beynəlxalq layihələrdə birgə iştirakın detalları müzakirə edilib.
AMEA GEİ ilə Misirin AGERİ arasında əməkdaşlıq müqaviləsinin hazırlanması da razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti