...

Yəməndən evakuasiya edilmiş Azərbaycan vətəndaşları Moskva vilayətinə çatdırılıb

Cəmiyyət Materials 3 Aprel 2015 10:40 (UTC +04:00)
Yəməndən Azərbaycan və başqa ölkələrin vətəndaşı olan daha bir qrup evakuasiya olunub.
Yəməndən evakuasiya edilmiş Azərbaycan vətəndaşları Moskva vilayətinə çatdırılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Yəməndən Azərbaycan və başqa ölkələrin vətəndaşı olan daha bir qrup evakuasiya olunub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarə Moskva vilayətindəki Çkalovsk hava limanına enib. Birinci təyyarə isə ondan bir neçə saat əvvəl eniş edib.

İkinci qrupda 150 nəfərin evakuasiya edildiyi bildirilir. Onların arasında Rusiya, Özbəkistan, Tacikistan, Yəmən, Belarus, Azərbaycan, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti