...

MTRŞ film və teleserialların nümayişinə toxundu: Vəziyyət narahatlıq doğurur

Cəmiyyət Materials 10 Aprel 2015 19:02 (UTC +04:00)
Azərbaycan televiziyalarında yayımlanan yerli teleseriallarla bağlı nöqsanlar diqqəti cəlb edir.
MTRŞ film və teleserialların nümayişinə toxundu: Vəziyyət narahatlıq doğurur

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan televiziyalarında yayımlanan yerli teleseriallarla bağlı nöqsanlar diqqəti cəlb edir. Trend-in məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələrində deyilir.

Qeyd olunur ki, dövlət dəstəyi ilə çəkilən bu seriallar əsasən məişət mövzularına, sevgi-məhəbbət, ailə dramlarına, kriminal hadisələrə həsr olunur. Halbuki milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımların, dövlətin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir. Həmin seriallarda gizli reklamın bolluğu və bunun "tanıdıcı reklam" adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur.

Milli efir məkanımızın təhlili göstərir ki, burada yerli Azərbaycan istehsalı olan bədii filmlər kəmiyyət etibarilə azlıq təşkil edir. Şura bildirir ki, ölkənin efir məkanında milli filmlərin nümayişi ilə bağlı vəziyyət narahatlıq doğuracaq səviyyədədir: "Təbiidir ki, bu hal tamaşaçılar tərəfindən də narazılıqla qarşılanmaqdadır. Məlum olduğu kimi, hər il dövlət tərəfindən yeni filmlərin çəkilməsi üçün xeyli maliyyə vəsaiti ayrılır, lakin geniş tamaşaçı kütləsi həmin məhsullara baxa bilmir. Araşdırmalar göstərir ki, nəinki yeni çəkilən filmlərin, hətta sovet dövründə çəkilmiş filmlərin də nümayiş etdirilməsində telekanallar tərəfindən ciddi problemlər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti