...

Akif Əlizadə: "Azərbaycanda məzhəblər arasında fərq qoyulmur"

Cəmiyyət Materials 16 Aprel 2015 11:43 (UTC +04:00)
Hazırda Azərbaycanda bir çox dinlərə sitayiş edən insanlar dinc, yanaşı yaşayır. Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya nümunə göstərilir.
Akif Əlizadə: "Azərbaycanda məzhəblər arasında fərq qoyulmur"

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/

Hazırda Azərbaycanda bir çox dinlərə sitayiş edən insanlar dinc, yanaşı yaşayır. Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya nümunə göstərir. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə bu gün Bakıda "İslam maarifçiliyi və müasir dövr" mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.

A.Əlizadə deyib ki, ölkəmizdə dini etiqad azadlığı təmin edilib: "Azərbaycanda məscidlərlə yanaşı, xristian kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlik məbədləri fəaliyyət göstərir. Azərbaycanda məzhəblər arasında fərq qoyulmur. Yeni məscidlər tikilir, köhnələri bərpa olunur".

AMEA-nın prezidenti bildirib ki, İslam maarfiçiliyi müasir dövrdə günün aktual tələbidir. Bu, dünyada sülhü, əminamanlığı, sivilizasiyaların dialoqunun təmin edilməsində mühüm rol oynayır.

A.Əlizadə bildirib ki, Muhəmməd Peyğəmbər (s.ə.a.s.) beşikdən qəbir evinədək biliyə yiyələnməyi buyurub: "İslam dininin yaranması ilə müsəlmanlar bir çox ənənəvi elmləri inkişaf etdirib, yenilərinin banisi oldular. Bu elmlər intibah dövründə təkamül etdi. Demək olar ki, yeni dinin gəlişi İslam dünyasında savadsızlığın məhvinə gətirib çıxardı".

O, həmçinin qeyd edib ki, Peyğəmbərin nəslindən olan İmam Cəfəri Sadiq (ə.s.) tərəfindən Mədinədə açılmış ilk islam Universiteti Avropanı xeyli qabaqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti