...

"Xruşovka"ların sökülməsindən danışmaq hələ tezdir"

Cəmiyyət Materials 18 Aprel 2015 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Bakıda panel beşmərtəbəli binaların ("xruşovka" adlandırılan) kütləvi şəkildə sökülməsi məsələsi olduqca tez gündəmə gətirilib. Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov deyib.

Onun sözlərinə görə, bu binaların sökülməsinə ehtiyacın yaranacağı vaxt gələcək, lakin hazırda bu barədə danışmaq hələ tezdir: "Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır".

N.Yusifov qeyd edib ki, "xruşovka"ların sökülməsi ilə bağlı tək-tük hallar ola bilər, lakin onlar çox güman, şəhərin bu və ya digər hissəsinin bərpası üzrə planlarla əlaqədardır: "Müasir tikililərin də söküləcəyi vaxt gələcək.

O, əlavə edib ki, heç nə əbədi deyil: "Gec-tez istənilən bina özünün istismar müddətini başa vurur. Ola bilsin ki, dövrümüzdə tikilən bina bir neçə onillikdən sonra sökülsün və onların yerində yeni evlər tikilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti