...

Bakıda hava limanı istiqamətindəki yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 May 2015 10:00 (UTC +04:00)
Mayın 2-də Bakının Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakıda hava limanı istiqamətindəki yolda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Mayın 2-də Bakının Heydər Əliyev prospektinin "Hava limanı" yol qovşağından "Sabunçu" yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti