...

Azərbaycan təbiətə investisiyaların qoyulmasında iştirak edəcək

Cəmiyyət Materials 2 May 2015 16:47 (UTC +04:00)
WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaq.
Azərbaycan təbiətə investisiyaların qoyulmasında iştirak edəcək

Azərbaycan, Bakı, 2 may /Trend/

WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaq.

İDEA-dan Trend-ə verilən məlumata görə, Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), KfW İnkişaf Bankı, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tərəfdaşlıq proqramı çərçivəsində Asiya İnkişaf Bankının (AİB) illik toplantısının bir hissəsi kimi mayın 2-də Heydər Əliyev Konqres Mərkəzində birgə tədbir keçirəcək.

Cənubi Qafqazda təbiətin mühafizəsinin davamlı maliyyələşdirilməsi və bunun iqtisadi faydaları adlı tədbir Cənubi Qafqazda təbiət kapitalına qoyulan investisiyaların iqtisadi və sosial faydalarını əsaslandırmağa çalışan ekspertlər qrupunu bir araya toplayacaq. Ekspertlər təbiətin mühafizəsi üçün innovativ maliyyələşdirmə həllində qabaqcıl təcrübələri bölüşəcək, eləcə də bu təcrübələrin iqtisadi inkişafa necə töhfə verə biləcəyi mövzusunda müzakirələr aparacaq. Tədbirdə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaq:

Dayanıqlı infrastruktur (su elektrik stansiyaları və xətti qurğular)
"Yaşıl inkişaf", başqa sözlə dayanıqlı turizm vasitəsilə yeni iş yerlərinin yaradılması;
Təbiətin mühafizəsinə özəl sektor investisiyalarının cəlb olunması
İqlim dəyişikliyinin təsirlərinin yumşaldılması;
Planlaşdırma çərçivəsində ekosistem xidmətlərinin yenidən qiymətləndirilməsi;

Panel iştirakçıları arasında IDEA-nın aparıcı mütəxəssisi Fərid Cəfərov, WWF Qafqaz Ofisinin direktoru Giorgi Sanadiradze, Azərbaycan Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Bərpası Sektorunun baş məsləhətçisi Arzu Səmədova, KfW Qafqaz Ofisinin təmsilçisi Lars Oermann və Asiya İnkişaf Bankının mütəxəssisi Mario Sander kimi ekspertləri görmək olar.

Dialoq Asiya İnkişaf Bankının Regional və Dayanıqlı İnkişaf Departamentinin direktor müavini cənab Nessim Ahmadin moderatorluğu ilə baş tutacaq.

Tədbir Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində "Tərəfdaşlarla öyrənmə 1" sessiyasının bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti