...

IDEA-nın “Uşaqlar üçün laboratoriya”sında enerji mövzusu

Cəmiyyət Materials 6 May 2015 12:46 (UTC +04:00)
Mayın 16-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
IDEA-nın “Uşaqlar üçün laboratoriya”sında enerji mövzusu

Azərbaycan, Bakı, 6 may /Trend/

Mayın 16-da IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.

Təşkilatdan Trend-ə verilən məlumata görə, mütəmadi olaraq hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən "Uşaqlar üçün laboratoriya"nın may təlimi enerji mövzusuna həsr olunacaq.

Təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılacaq, həmçinin "kiçik ekoloqlara" erkən yaşlardan aşılanması vacib olan elektrik təhlükəsizliyi tədbirləri izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, bəzi ərzaqlardan enerjinin alınması prossesinə əyani şahidlik edəcəklər. "Eko laboratoriya"nın iştirakçıları öz elektrik dövrələrini yaradacaq və alternativ enerji ilə işləyən robotlarla oynamaq imkanı əldə edəcək.

May laboratoriyası uşaqlara ətraf mühitin əsas amillərindən hesab olunan elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti