...

Azərbaycan abonentlərini optik xətlərə qoşacaqlar

Cəmiyyət Materials 11 May 2015 10:00 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi (İB) regional telekommunikasiya qovşaqlarının abonentlərini ONU (Optical Network Unit) avadanlığına qoşmağa başlayıb.
Azərbaycan abonentlərini optik xətlərə qoşacaqlar

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Hüseyn Vəliyev/

"Aztelekom" İstehsalat Birliyi (İB) regional telekommunikasiya qovşaqlarının abonentlərini ONU (Optical Network Unit) avadanlığına qoşmağa başlayıb. Bunu Trend-ə İB-dən deyiblər.

Sumqayıt, Abşeron yarımadası, Gəncə, Zaqatala, Tərtər, Göygöl, Ağdam və Bərdədəki telekommunikasiya qovşaqlarında avadanlığın quraşdırılması üzrə montaj işləri başa çatdırılıb.

ONU avadanlığı operatora multimedia xidmətlərinin göstərilməsi üçün optikanı yaşayış binalarına çatdırmaqla provayderlər və abonentlər arasında məsafəni azaltmağa imkan verir.

Avadanlıq son istifadəçilərin abonent qurğularının mis kabel vasitəsilə optik şəbəkəyə kollektiv qoşulması üçün istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti