...

Azərbaycan Hollandiya Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Cəmiyyət Materials 18 May 2015 11:13 (UTC +04:00)
Azərbaycan Hollandiya Mədəniyyət Festivalında təmsil olunub Mayın 14-dən 17-dək Niderland Krallığının Utrext şəhərində keçirilmiş Hollandiyada yaşayan xalqların böyük Mədəniyyət Festivalında “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi də iştirak edib.
Azərbaycan Hollandiya Mədəniyyət Festivalında təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Hollandiya Mədəniyyət Festivalında təmsil olunub. Mayın 14-dən 17-dək Niderland Krallığının Utrext şəhərində keçirilən Hollandiyada yaşayan xalqların böyük Mədəniyyət Festivalında "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi də iştirak edib.

Trend Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, birliyin sədri Mayisə Ağamirzəyevanın verdiyi məlumata görə, artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycana həsr olunmuş böyük stend qurulub. Stenddə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdirilib.

Festivalın böyük paradından keçəndən sonra Azərbaycan təmsilçiləri səhnədə yer alıb. Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin Bakıdan dəvət etdiyi "Azərbaycan inciləri" uşaq rəqs qrupunun "Qaytağı", "Məzəli rəqs", "Nəlbəki" kimi milli rəqsləri və "Azərbaycan" kompozisiyası festival iştirakçılarının böyük marağına səbəb olub.

Festivalda gənc rəssam Nərmin Abdullayevanın "Bahar" sərgi-kompozisiyası da nümayiş etdirilib. Onun batika üslubunda hazırladığı əsərlərində bahar və çərşənbələr, kəlağayı kimi atributlarımız festival iştirakçılarının diqqətini cəlb edib.

Bundan başqa, Hollandiyada fəaliyyət göstərən "Odlar Yurdu" Təşkilatının rəhbəri müğənni-bəstəkar Firəngiz Bağırova da Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti