...

IDEA-nın “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi təlimi (FOTO)

Cəmiyyət Materials 8 İyun 2015 11:01 (UTC +04:00)
"Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
IDEA-nın “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi təlimi  (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib. İyunun 6-da IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün "yaşıl şəhər", tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilib.

Bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilmişdir. "Kiçik ekoloqlar" ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin "davamlı şəhərin" qurulması yolları ilə də yaxından tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, tullantıların təkrar emal prosesini müşahidə etmiş və tullantılardan incəsənət nümunələri hazırlayıblar.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim olan iyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də "davamlı şəhər" anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olub.

"Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti