Düşmənlə onun öz meydanında, öz dilində danışmaq!

Düşmənlə onun öz meydanında, öz dilində danışmaq!

Azərbaycan, Bakı, 8 iyun /Trend/

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov

İki gün öncə Beynəlxalq Mətbuat Məkəzində Birinci Avropa Oyunlarına dəstək Koalisiya şurasının toplantısı keçirildi. Gündəlikdə olan məsələ Avropa Şurasının insan haqları komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində təxribat xarakterli yazıya münasibət bildirməkdən ibarət idi. Koalisiyanın toplantısında bu məsələ çox geniş müzakirə olundu və sonda ciddi bir sənəd - bəyannamə qəbul edildi. Bu gün Azərbaycan cəmiyyətinin Avropa oyunları ərəfəsində Koalisiyada birləşərək bir araya gəlməsi "güc birlikdədir" prinsipinin təbliğat maşınımızın əsas aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılmış ilk ciddi addımdır.

Bu addımın müəllifləri alqışa layiq iş gördülər. Bu təbii ki, başlanğıcdır. Çox keçməz ki, bizə qarşı hər məsələdə ikili standartlardan çıxış edənlər, qarayaxma kampaniyası aparanlar Azərbaycanda əsl vətəndaş cəmiyyətinin kimlərdən ibarət olduğunu görəcəklər. Onlar gözlərini açıb görəcəklər ki, Azərbaycanda vətəndaş cəmiyyəti təkcə onların sifarişi ilə Azərbaycan cəmiyyətini qarışdırmağa cəhd edən Leyla, Arif Yunuslardan, Xədicə İsmayıllardan və sairə bu qəbildən olanlardan ibarət deyil. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətini təmsil edən, vətənini, dövlətini, millətini ürəkdən sevən və onlara ürəkdən xidmət etmək istəyən yüzlərlə təşkilatlar və bu təşkilatlarda təmsil olunan yüz minlərlə insanlar var. Bu gün Azərbaycanda əsl vətəndaş cəmiyyətinin yenicə bir araya gəlməsi dönəmində vətənimizə qarşı tətbiq edilən ikili standartların və aparılan qarayaxma kampaniyasının qərbin düşündüyü nəticəni deyil, bizim istədiyimiz nəticəni verməsi bizim qələbəmiz və bizim uğurumuzdur. Qərb indi görsün ki, onların bizə qarşı tətbiq etdikləri ikili standartlar və apardıqları qarayaxma kampaniyası sonda Azərbaycan cəmiyyətini sözün əsl mənasında bir araya gətirdi və bu haqsızlıqlara qarşı mübarizə yolunda onları bir yumruq kimi birləşdirdi. Bu gün artıq bu birləşmiş qüvvə çox yaxşı dərk edir ki, Muziniekslər, Forstlar, Mijatoviçlər təmsil etdikləri təşkilatların statusundan sui istifadə etməyiblər, onlar sadəcə olaraq öz "sahiblərinin" tapşırığını terinə yetiriblər. Biz isə bir millət və bir dövlət olaraq Azərbaycanın tarixində ilk dəfə keçirilən belə böyük bir idman tədbiri ərəfəsində bir araya gəlib, onların və onlardan əvvəl bu cürə sərsəmləmələrə yol verənlərin cavabını layiqincə verdik.

Artıq hamıya bəllidir ki, biz qərbin Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını alt-üst etdik və bu mübarizədən qalib çıxdıq. Bunu onlar da artıq etiraf etmək zorunda qalıblar. Bircə fakt hər şeyin deyilən kimi olduğunun möhürünü vurur. Əgər əvvəlcə Birinci Avropa oyunlarının açılış mərasiminə 20 dövlətin başçısının iştirakı gözlənilirdisə bu gün artıq hər kəsə bəllidir ki, bu törəndə 30 dövlətin başçısı iştirak edəcəkdir. Bu bizim qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlara və I Avropa Oyunları ərəfəsində apardığı qarayaxma kompaniyasına birinci silləmizdir.

Qərbin I Avropa oyunları ərəfəsində bu qədər aktivləşməsi yarışlar ərəfəsində və yarışlar keçirilən günlərdə "yaranacaq hər hansı bir fürsətdən" maksimum yararlanmağa köklənmişdi. Biz əməlimizlə onların istəyini gözlərində qoya bildik. Ancaq bir həqiqəti unutmamalıyıq: Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, dünya siyasət meydanında çəkisi artdıqca, bu təxribatlar da paralel artacaq və güclənəcəkdir. Bu səbəbdən bu gün I Avropa Oyunları ərəfəsində bu Oyunlara dəstək formasında yaradılmış Koalisiya daha da genişlənməli və sözün həqiqi mənasında Azərbaycanda vətəndaş cəmiyyətini bütövlükdə təmsil edə biləcək və yumruq şəklində birləşmiş bir qüvvəyə çevrilməlidir. Bu çox vacibdir. Çünkü Azərbaycana qarşı tətbiq edilən ikili standartlar Azərbaycanın ən ağrılı yeri olan Qarabağ məsələsindən başlamış demək olar ki, bütün sahələri əhatə edir.

Qərbin başlıca məqsədi bu gün Azərbaycanı dünyada apardığı müstəqil siyasətdən çəkindirmək və onu mümkün qədər "öz təsir dairəsində" saxlamaqdan ibarətdir. Qərbin Azərbaycanada görmək istədiyi "demokratiyasının" mahiyyəti bundan ibarətdir. Bütün bunlar bizə bir daha göstərdi ki, qərbin sərhədlərindən kənarda mövcud ola biləcək demokratiya onun maraqlarıdır və onun üçün bu maraqlardan müqəddəs heç nə yoxdur. Onlar özlərinə rəva bilmədiklərini bizdən tələb edirlər. Bu artıq həyasızlığın kulminasiyasıdır! Onlar öz maraqlarını Azərbaycan kimi yenicə müstəqilliyə qədəm qoymuş və müstəqil siyasət aparmaq istəyən ölkələrdə "demokratiya" "insan haqları", "söz azadlılğı" və sairə kimi paslanmış metodlarla reallaşdırmaq istəyindədirlər. Bu istəyi isə Azərbaycan daxilindəki, sapı bizdən olan missionerləri - beşinci kalon üzvləri vasitəsilə həyata keçirmək arzusundadırlar. Bir araya gələn vətəndaş cəmiyyəti bunun qarşısını tam almaq iqtidarındadır.

Bü gün artıq o zaman gəlib çatıb ki, biz təkcə öz haqqımızı müdafiə etməklə kifayətlənməməliyik. Həmişə müdafiədə dayanmaq oyunu uduzmaq şanslarını artırar. Bizə qarşı haqsızlıq edən Qərb dairələrinin cavabını onların öz dilində və onların öz meydanlarında verməliyik... Hər qarayaxmalarına, hər bir haqsızlıqlarına qarşı mübarizəni elə təşkil etməliyik ki, onları bütün dünyada və ilk növbədə elə onların öz vətənlərində ifşa edə bilək. Haqsızlıqdan müdafiə yolumuzu haqsızlıq edənlərə hücum yolu ilə əvəzləmək zamanı çatıb! Bunun üçün biz informasiya mübarizəsini yeni müstəviyə qaldırmalıyıq... Bax onda bütün dünya kimin haqlı, kimin haqsız olduğunu aydın görəcək... Bu isə az iş deyil!

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Loading Bars
Xəbər lenti
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Bütün xəbərlər