...

AMEA: Azərbaycanda radon qazı əsasən dağlıq əraziləridəki bir sıra yaşayış binalarında normadan artıqdır

Cəmiyyət Materials 9 İyun 2015 13:45 (UTC +04:00)
Azərbaycanda radon qazı əsasən dağlıq əraziləridəki bir sıra yaşayış binalarında normadan artıqdır.
AMEA: Azərbaycanda radon qazı əsasən dağlıq əraziləridəki bir sıra yaşayış binalarında normadan artıqdır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda radon qazı əsasən dağlıq əraziləridəki bir sıra yaşayış binalarında normadan artıqdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) Trend-ə verilən məlumata görə, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və bu, xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə TEU-nun alimləri ilə birgə 2010-cu ildə başlayıb.

İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində "Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi" tərtib olunub.
Radon riskli zonaların müəyyənləşdirilməsində xarici təcrübənin öyrənilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı"nda qarşıya qoyulan vəzifələrdəndir.

Ölkədə radon qazının sağlamlığa mənfi təsir edə bilən riskinin azadılması istiqamətində tədqiqatlar aparır. Araşdırmalarda Avropa təcrübəsini tətbiq etmək məqsədi ilə institutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevlə Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev İsveçrənin Luqano şəhərində yerləşən Tətbiqi Elmlər Universitetində (TEU) olublar. Almaniya və Avstriya alimlərinin də iştirak etdiyi görüşdə tərəflər radon qazı ilə mübarizə istiqamətində təcrübələrini bölüşüb. Ç.Əliyev və Ə.Feyzullayevin birgə təqdim etdikləri "Azərbaycandakı tikililərdə və ətraf mühitdə radonun paylanma qanunauyğunluqları" adlı məruzə maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti