...

İDEA könüllüləri Gəncədə növbəti aksiya keçiriblər (FOTO)

Cəmiyyət Materials 16 İyun 2015 18:16 (UTC +04:00)
İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin könüllülərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə yaradılan süni gölün ətrafının məişət tullantılarından təmizlənməsi aksiyası keçirilib.
İDEA könüllüləri Gəncədə növbəti aksiya keçiriblər (FOTO)

İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin könüllülərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə yaradılan süni gölün ətrafının məişət tullantılarından təmizlənməsi aksiyası keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda bu işə əhalini cəlb etməkdir.

120-dən artıq könüllü gəncin qatıldığı aksiyada ərazi alaq otlarından və məişət tullantılarından təmizlənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.İməcilik zamanı gənclər sanitar normalara uyğun ləvazimatlarla təchiz olunublar.

İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova bildirib ki, İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr həyata keçirir. Gəncə gəncləri də öz nöbbələrində ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, ekoloji mədəniyyəti və təbiətə qayğı hissini daha da yüksəltmək, ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına yönəltmək üçün mütəmadi olaraq iməciliklər keçirir, şəhərin müxtəlif hissələrini tullantılardan təmizləyirlər. Axı, hər kəs yaşadığı, cavabdeh olduğu ərazini təmiz saxlamalı, yaşıllıqları qorumalı, şəxsi gigiyena qaydalarına əməl etməlidir. Təmizliklə yanaşı, göz oxşayan yaşıllıqların, parkların yalnız estetik olaraq deyil, eyni zamanda insanların psixoloji sağlamlığı üçün də vacibdir.

Təmizlik sağlamlıqdır, gözəllikdir, insanın mənəvi zənginliyinin, estetik dünyagörüşünün göstəricisidir. Təmizliyə əməl etmək hər bir vətəndaşın borcudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti