...

Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2015 12:50 (UTC +04:00)
Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib.
Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bu günlərdə "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Bakı dəmir yolu xəstəxanasında reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabineti əsaslı təmirdən sonra istifadəyə verilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, açılış mərasmində çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirdi ki, son vaxtlar dəmir yolunda həyatında yeni dönəm başlayıb. Yeni-yeni layihələr icra olunur, yenidənqurma işləri davam edir. 102 yaşlı Bakı dəmir yolu xəstəxanasının reanimasiya şöbəsi, kliniki laboratoriya və flüoroqrafitya kabinetinin əsaslı əsaslı təmir olunması da görülən işlərin tərkib hissələrindən biridir. Şöbələr yeni, müasir avadanlıqlarla təchiz olunub.

C.Qurbanov dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərən səhiyyə işçilərinə təşəkkür etdi.

Sonra əsaslı təmir olunmuş reanimasiya şöbəsi, kliniki laboratoriyaya və flüoroqrafitya kabinetinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti