...

Sabah ölkədə isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 29 İyun 2015 13:03 (UTC +04:00)
Sabah ölkədə isti hava şəraiti davam edəcək.
Sabah ölkədə isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlkin İzzət/

Sabah ölkədə isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 32-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 30-da hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, ayrı-ayrı yerlərdə 42 dərəcəyə çatacağı, dağlarda gecə 15-20, gündüz isə 27-38 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti