Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda fəaliyyət göstərən müəssisə və şirkətlərdə qanunsuz proqram təminatından istifadə ilə əlaqədar antipirat reydlər keçirilə bilər. Bunu Trend-ə "Microsoft Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.
Hazırda bu təşəbbüs "Microsoft" şirkətinin hazırladığı "Gizli alıcı" proqramı çərçivəsində reallaşdırılır.
Onun sözlərinə görə, kompüter riteyli növbəti dəfə monitorinqlərə məruz qaldı: "Nəticədə yenidən pozuntular aşkarlandı. Bununla əlaqədar satıcılara qarşı müəyyən sanksiyalar tətbiq edildi".
R.Hacıəlibəyov qeyd edib ki, monitorinqlər profilaktika məqsədilə edilir və bu, softver bazarında intizamı yüksəltməyə imkan verən vahid alətdir.