...

Azərbaycanda nikah bağlayanların sayı artıb

Cəmiyyət Materials 16 İyul 2015 13:37 (UTC +04:00)
Bu ilin yanvar ayından may ayının sonuna kimi Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah qeydə alınıb.
Azərbaycanda nikah bağlayanların sayı artıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar ayından may ayının sonuna kimi Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin müvafiq dövrü ərzində ölkədə rəsmi orqanlar tərəfindən 5,3 min boşanma halı qeydə alınıb.

Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti