...

Azərbaycanlı tələbələr Pamukkale Universitetində (FOTO)

Cəmiyyət Materials 27 İyul 2015 17:46 (UTC +04:00)
Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin “Türkiyəşünaslıq” ixtisası üzrə təhsil alan bir qrup tələbə qardaş Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində təşkil olunmuş Yay məktəbində iştirak edib, ikihəftəlik istehsalat təcrübəsi keçiblər.
Azərbaycanlı tələbələr Pamukkale Universitetində (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin "Türkiyəşünaslıq" ixtisası üzrə təhsil alan bir qrup tələbə qardaş Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində təşkil olunmuş Yay məktəbində iştirak edib, ikihəftəlik istehsalat təcrübəsi keçiblər.

Səfərdən əvvəl BSU-nun rektoru professor Asif Hacıyev, Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aygül Hacıyeva və fakültə dekanı Əsgər Əhmədlə görüşən gənclər Yay məktəbində həm təcrübə keçməklə, həm də Azərbaycanı layiqincə təmsil etməklə bağlı təlimatlandırılıb.

BSU-nun əməkdaşları Ramin Səmədov və Ziyafət Qasımovanın rəhbərlik etdikləri azərbaycanlı tələbələr Pamukkale Universitetinin rektoru professor Hüseyn Bağcı ilə görüşdə Bakı Slavyan Universitetinin tələbə həyatı barədə geniş məlumat verib və Yay məktəbində zəngin təcrübə əldə edəcəklərinə ümid bəslədiklərini bildiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Könüllülər Birliyinin üzvü olan tələbələrin hər iki qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, eləcə də bütün dünyanın diqqət mərkəzində olmuş və uğurla başa çatmış Birinci Avropa Oyunları haqqında danışdıqları böyük maraqla qarşılanıb. Görüşdə universitet rəhbərliyinə Bilik Fondunun hədiyyələri təqdim edilib.

Tələbələr Yay məktəbi dövründə təcrübəli mütəxəssislərin məşğələlərində iştirak etməklə yanaşı, Dənizli şəhərinin Pamukkale, Loodikea, Kəloğlan mağarası kimi görməli yerlərində olub, füsünkar təbiəti ilə fərqlənən bu bölgənin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Bu il Bakı Slavyan Universiteti tələbələrinin Yay məktəbi Bolqarıstan və Çexiyada da təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti