...

"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edildi (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 11 Avqust 2015 17:40 (UTC +04:00)
Bakı Metrosunun "Sahil" stansiyası bağlanıb.
"Sahil" və "İçərişəhər" metro stansiyalarında hərəkət bərpa edildi (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Bakı Metrosunun "Sahil" stansiyası bağlanıb. Bu barədə faktı Trend-ə Metropolitendən təsdiqləyiblər.

Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sözügedən problemə metronun "28 may" və "Sahil" stansiyaları arasındakı tuneldə su axınının artması səbəb olub.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

x x x

"Bakı Metrosunda "Sahil" və "İçərişəhər" metro stansiyalarında 1 saat 20 dəqiqədən sonra hərəkət artıq bərpa edilib".

Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N.Paşayev Trend-ə verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün saat 17:02-də Bakı Metrosunun "28 may" və "Sahil" stansiyaları arasındakı tuneldə su axınının artması səbəbiylə yaranan problemlə əlaqədar gərginlik çıxarılmışdı və qatarların hərəkəti dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti