...

Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2015 14:19 (UTC +04:00)
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəyə start verir.
Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu" adlı layihəyə start verir.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov layihə barəsində ətraflı məlumat verib.

Ç.Bayramov bildirib ki, layihənin məqsədi gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada asaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat vermək, azərbaycançılığın təbliği üçün milli va dini maarifçilik, mədaniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılmasıdır.

O bildirib ki, layihənin məqsədi gənclər arasında milli-mənəvi əhəmiyyətli problemlərin həllinə yaxından kömək göstərməkdən ibarətdir: "Onların qarşılaşdığı zərərli xarici ideologiyalara qarşı maarifləndirmək layihənin asas məqsədlərindən biridir".

Ç.Bayramovun sözlərinə görə, layihə Azərbaycanın 5 bölgəsində Zaqatala, Qax, Astara, Şamaxı va Bakı şəhəri Yasamal rayonlarında gənclər arasında keçiriləcəkdir.

Tədbirdə çıxış edən TUMİB İdarə Heyətinin üzvü Cabir Dövlətzadə də layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu sahədə xarici təcrübələri və Azərbaycan tarixindəki keçmiş təcrübələri gənclərin öyrənməsinə nail olmaqdır.

Onun sözlərinə görə, Azarbaycanın tarix boyu fəaliyyat göstərmiş mütərəqqi ziyalılarının, ictimai-siyasi xadimlərinin həyat va fəaliyyətinin, əsərlərinin təbliği də bu sahədə məqsəddir:

"Layihə eyni zamanda milli, dini tolerantlıq, maarifçilik, multikulturalizm mövzuları baxımından fəal gənclərin üzə çıxardılması, ictimai problemlərin həllində aktiv iştirakını gücləndirməyə, onların ümumən cəmiyyət həyatına inteqrasiyasi prosesini sürətləndirməyə yönəlib".

Tədbirdə iştirak edən TUMİB üzvləri, digər gənclər təşkilatlarının nümayəndələri də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti