...

Tələbələr üçün seçki yaddaş kitabçası hazırlanır

Cəmiyyət Materials 9 Sentyabr 2015 16:31 (UTC +04:00)
Azərbaycan Tələbələr Birliyi (ATB) 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı tələbələr arasında məlumatlandırma kampaniyasına başlayıb.
Tələbələr üçün seçki yaddaş kitabçası hazırlanır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Tələbələr Birliyi (ATB) 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı tələbələr arasında məlumatlandırma kampaniyasına başlayıb.

Birlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq ATB seçkilərdə ilk dəfə səs verəcək tələbələr üçün yaddaş kitabçası hazırlayıb.

Tələbələr arasında paylanacaq yaddaş kitabçasında seçki prosedurları, seçicilərin əməl etməli olan qaydalar, onların hüquq və vəzifələri, hər bir seçicinin səsvermədə iştirakının vacibliyi və digər texniki məsələlərə toxunulmuşdur. Nəşrin hazırlanmasında əsas məqsəd ölkəmizdə keçiriləcək seçkilərdə gənclərin, xüsusilə də tələbələrin fəal iştirakını təmin etməkdir.

ATB-nin sədri Elvin Aslanovun sözlərinə görə, yaddaş kitabçası Bakı şəhərindəki ali təhsil ocaqları ilə yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələrinin də tələbələri arasında paylanacaqdır. Birlik kampaniya çərçivəsində əsas diqqəti məhz regionda təhsil alan tələbələrə vermək niyyətindədir. Bu məqsədlə regionlarda silsilə maarifləndirici görüşlərin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti