Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Kənd təsərrüfatı naziri Heydər Əsədov Neftçalada vətəndaş qəbulu keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 18-də saat 11:00-da Neftçala rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) və Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (050-317-58-00) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.