...

Azərbaycan Avropa çempionatında birinci oldu (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2015 20:30 (UTC +04:00)
Azərbaycanın polo üzrə yığması Avropa tarixində ilk dəfə keçirilən polo üzrə çempionatın qalibi olub
Azərbaycan Avropa çempionatında birinci oldu (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın polo üzrə yığması Avropa tarixində ilk dəfə keçirilən polo üzrə çempionatın qalibi olub.

Trend-in məlumatına görə, Bakıda keçirilən çempionatın finalında Azərbaycan komandası Almaniya yığmasına 6:5 hesabı ilə qalib gəlib.

Yarışmalar paytaxtın Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunda baş tutub. Çepmionatda ümümilikdə 6 komanda iştirak edib. Bunlar Azərbaycan, Almaniya, İspaniya, İtaliya, İsveçrə və İrlandiya milli yığmaları olub.

İnformasiya dəstəyi - "Trend.az", "Day.az", "Milli.az"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti