...

Bakıda tikintisi aparılan Sosial Sığınacaqların ünvanları açıqlandı

Cəmiyyət Materials 14 Oktyabr 2015 13:38 (UTC +04:00)
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 yerlik Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir.
Bakıda tikintisi aparılan Sosial Sığınacaqların ünvanları açıqlandı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 yerlik Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, sığınacağın inşasının yaxın vaxtlarda yekunlaşacağı gözlənilir: "Məqsəd yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, hüquqi yardımın göstərilməsi və həyat səviyyələrinin qorunmasıdır. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq yetkinlik yaşına çatmayanları nəzarətsizlik və yiyəsizliyə gətirib çıxarmış səbəblərin aşkar edilərək aradan qaldırılmasına, çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcək".

Qurum rəsmisi qeyd edib ki, həmçinin uşaqlara və onların ailələrinə digər yardımlar da olunacaq: "Həmin uşaqların müvəqqəti yaşayış yerində sosial statusunun bərpası və ailələrinə qayıtmalarına yardım olunması, çətin həyat şəraitinin ləğv olunmasında uşaqlara, həmçinin onların valideynlərinə (yaxud qanuni nümayəndələrinə) sosial, psixoloji və digər xidmətlərin göstərilməsi təmin olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti