...

ATU-da "Təhsildə elektron və innovativ yanaşma" adlı elmi konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2015 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Texnologiya Universitetində Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində "Təhsildə elektron və innovativ yanaşma" adlı elmi konfrans keçirilib.

"Ultra" şirkətinin iştirakı ilə keçirilən və İKT-nın təhsil və tədrisdə tətbiqinin müzakirəsinə həsr olunan konfransı giriş sözü ilə açan ATU-nun rektoru professor Akif Süleymanov qeyd edib ki, universitetdə MYP çəçivəsində müəyyən edilən 6 istiqamətdən biri də İKT sahəsidir.

Rektor qeyd edib ki, həm bu, həm də universitetdə İKT-dən istifadənin genişləndirilməsi məqsədilə indiyədək atılan addımlar ATU-nun bu sahənin aktuallığını diqqət mərkəzində saxlamasını sübut edir. Akif Süleymanov bildirib ki, əməkdaşlıq üçün ölkənin ən böyük İKT şirkətkərindən olan "Ultra"nın seçilməsi ATU-nun bu sahəni daha da inkişaf etdirmək niyyətinin göstəricisidir.

"Ultra" şirkətinin direktoru Məhəmməd Zülfüqarlı isə deyib ki, təmsil etdiyi şirkət Azərbaycanın ən böyük İKT şirkətlərindən olmaqla dünyanın bu sahədə fəlaiyyət göstərən 20 böyük korporasiyası ilə əməkdaşlıq edir. O, bildirib ki, Azərbaycanda bir çox dövlət qurumları və özəl şirkətlərinin fəaliyyətinin, göstərdiyi xidmətlərin elektronlaşdırılmasını həyata keçirən "Ultra" təhsil sahəsində İKT-nin tətbiqinin genişləndirilməsində də maraqlıdır. Çünki, bu yeniliklərin tətbiqi təhsildə şəffaflıq, operativlik, keyfiyyət artımı və idarəetmənin yaxşılaşdırılmasını təmin edir.

ADAU, GDU və Gəncənin orta məktəblərindən nümayəndələrin də iştirak etdiyi konfransda indiyədək "Ultra" şirkəti tərəfindən həyata keçirilən layihələr və icrası nəzərdə tutulan proqramlardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti