...

Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vuruldu (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə yekun vurulub.

Layihə çərçivəsində Qax, Quba, Xaçmaz, Masallı rayonlarında, Bakı şəhərində və bir sıra Bakı kəndlərində qız uşaqlarının təhsildən erkən ayrılması probleminin qarşısının alınması məqsədilə maarifləndirmə kampaniyaları və ictimai müzakirələr təşkil edilib. Problemin yaranma səbəblərinin araşdırılması məqsədilə sorğular, Qax məktəblilərinin iştirakı ilə "İşıqlı gələcək üçün oxu" - qızları təhsilə çağırış fleşmobu keçirilib.

Layihənin icrası ilə əlaqədar müvafiq məlumatlar, fleşmobu əks etdirən videoçarx ölkə KİV-ləri və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılıb.

Sorğular və ictimai müzakirələr nəticəsində əldə olunan məlumatların, problemin həllinə dair ictimaiyyətin fikir və təkliflərinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası başda olmaqla, müvafiq dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti