...

"Azərbaycanımızın radikalizm bataqlığına düşməməsi üçün..."

Cəmiyyət Materials 30 Oktyabr 2015 17:37 (UTC +04:00)
16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Çingiz Bayramov mətbuata açıqlama verib.
"Azərbaycanımızın radikalizm bataqlığına düşməməsi üçün..."

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizəd Çingiz Bayramov mətbuata açıqlama verib.

Ç.Bayramov qeyd edib: "Azərbaycanımızın radikalizm bataqlığına düşməməsi üçün azərbaycançılıq, tolerantlıq, multikulturalizm ideyalarını, Azərbaycan-Türk dünyası birliyi şüarını daim təbliğ edəcək, ailə institutunun möhkəmlənməsi, gənclərin, xüsusilə də xaricdə təhsil almış məzunlarımızın ictimai, məişət problemlərinin həlli üçün, əziz Azərbaycan vətəndaşlarının azad, firavan yaşaması üçün daim səy göstərəcəm.

Mən, xüsusilə deputatlığa namizəd olduğum Yasamal rayonunun iqtisadi, mədəni inkişafı üçün çalışmağı da daim öz nəzərimdə saxlayacağam. Bütün bu fəaliyyətlərin ən möhtəşəm icrasını isə ancaq və ancaq Sizlərin mənə olan etimadı ilə reallaşdırmaq mümkündür.

Bu şərəfli işdə Azərbaycan Respublikası Milli Məclisinə 5-ci çağırış seçkilərə 16 saylı Yasamal II seçki dairəsindən mənə etimad etdiyiniz üçün bir daha Sizə əvvəlcədən təşəkkür edir və mənə səs verəcəyinizə ümid edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti